Turizm Agentliklərinin fəaliyyətinin sağlamlaşdırılması üçün yeni təkliflər hazırlanır

 

Azərbyacan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurası turizm agentliklərinin fəaliyyətini sağlamlaşdırmaq üçün yeni təkliflər hazırlayır.

Turizmplus.az xəbər verir ki, bu məqsədlə keçirilən iclasda turizm agentliklərinin və korporativ müştərilərin maliyyə öhdəliklərini yerinə yetirməməsi zamanı yaranan problemlər və onların həlli yolları müzakirə edilib.

Həmçinin əcnəbi turistlərin daşınmasını həyata keçirən nəqliyyat şirkətlərinə qarşı nəzarət mexanizminin hazırlanması, hotellərdə qeydiyyat və ödənişlər zamanı xarici faktorların aradan qaldırılması üçün təkliflər dinlənilib.

İclasda, eyni zamanda şirkətlərin yalnız qeydiyyatdan keçən bələdçilərin xidmətlərindən istifadə etməsi istiqamətində maarifləndirmə işlərinin aparılması da müzakirə olunub.

Paylaş

Əvvəlkİ

"Qatar Airways"in salonları haqqında vacib məlumat - AVİAKASSİRLƏR ÜÇÜN

Sonrakı

"Gələcəkdə bizi onlayn satış gözləyir, bu qaçılmazdır" - GÖYDƏNİZ QƏHRƏMANOV

Abunə olun

Xəbərlərimizə abunə olun