Turistlər üçün hazırlanan xüsusi kartlar satışa çıxarılıb


"Bir çox Avropa ölkələrinin paytaxtlarında olduğu kimi Bakı şəhərinin də turistik kartı yaradıldı. Artıq 3 gündür kart satışa çıxarılıb".

Bunu jurnalistlərə açıqlamasında Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri və "Bakukart" layihəsinin direktoru Rüfət Bağırov bildirib. Onun sözlərinə görə, bu kart turistlərin ixtiyarına 1 günlük, 3 günlük və 1 həftəlik təqdim olunub:

"Bu kartların qiymətləri də fərqlidir - 24 manat, 45 manat və 70 manat dəyərindədir. Bu kartlar bütün turistlərə ictimai nəqliyyatdan istifadə etməyi tam ödənişsiz təqdim edir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından şəhər mərkəzinə gələn ekspress avtobuslar yenə də tam ödənişsizdir. Muzeylərə giriş həm ödənişsiz, həm də endirimlidir. 200-dən çox tərəfdaşımız var. Bu kart vasitəsilə tərəfdaşımız olan mağazalar, restoranlar, kinoteatrlar və digər əyləncə mərkəzlərindən endirimlər və ya digər xidmətlər əldə etmək mümkündür".

Kartın istifadə müddəti barədə məlumat verən Rüfət Bağırov bildirib ki, kartın m&uum