Turist Yardım Mərkəzi, yeni reyestr, subsidiyalar... - YENİ İLDƏ YENİLİKLƏR OLACAQ

 

Noyabrın 29-da keçirilən "Azərbaycan Turizm Sammiti 2019" həm də 2020-ci ilə aid yeniliklərin ictimaiyyətə çatdırılması ilə əlamətdar oldu.

Turizmplus.az xəbər verir ki, tədbir zamanı Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov və Azərbaycan Turizm Bürosunun Baş İcraçı direktorunun müavini Bəhruz Əsgərov 2020-ci ildə baş tutacaq layihələr barədə məlumat veriblər. Beləliklə:

İnstitusional çərçivə (Turizm siyasəti)

Vizaların verilməsi və sərhəd-keçid prosedurlarının optimallaşdırılması

Turizm reyestrinin işə başlaması

Bakıda ilk Turist Yardım Mərkəzinin işə başlaması

Tədqiqat və statistika

Turizm statistikası məlumat bazasının yaradılması

Hava limanlarında və sərhəd-keçid məntəqələrində sorğuların keçirilməsi

İnnovasiya və texnologiya

Azerbaijan.Travel yenilənmiş veb saytı

Səyahət texnologiyası və innovasiya düşüncə mərkəzinin yaradılması

Ümumdünya Turizm Təşkilatı Beynəlxalq Dayanıqlı Turizm Müşahidəçiləri Şəbəkəsi ilə əməkdaşlıq

Hüquqi çərçivə və vergilər

Turizm haqqında yeni qanunun qəbulu

Turizm xidməti göstərən şəxslər və turizm sahəsi üzrə yeni fəaliyyətə başlayan sahibkarlar üçün vergi güzəştləri

Turizm sanayesi üçün subsidiya mexanizmlərinin müəyyən edilməsi