Tur operatorların nəzərinə - Azərbaycan Turizm Bürosundan elan

 

Azərbaycan Turizm Bürosunun, turizm sənaye və destinasiyanın inkişafının idarə edilməsi departamenti, qolf və xizək turizmi üzrə onlayn təbliğat kampaniyasını genişləndirmək məqsədi ilə yeni yaradılacaq veb səhifələr üzərində mütəmadi işlər aparır.

Turizmplus.az xəbər verir ki, bununla bağlı, şirkətləri qeyd edilmiş turizm məhsulları üzrə mövcud olan tur paketləri və yaxud şirkətin onlayn səhifəsində yerləşdirilən linkləri Turizm Bürosuna göndərə bilərlər. Bu paketlər həmin şirkətin loqosu altında onlayn platformada yerləşdiriləcək.

Tur operatorlar qeyd olunan məlumatları 14 oktyabr tarixinədək Azərbaycan Turizm Bürosunun əməkdaşı Tural İbrahimova (tural.ibrahimov@tourismboard.az) göndərə bilərlər.

Paylaş

Əvvəlkİ

Turizmplus.az görüntülü yayıma keçid alır - ANONS

Sonrakı

Pakistanda Azərbaycanın turizm potensialı təbliğ edilib - FOTOLAR

Abunə olun

Xəbərlərimizə abunə olun