Tur menecer şirkət adından istifadə edərək müştəriləri aldadıb - CİNAYƏT İŞİ AÇILIB

 

Azərbaycanın turizm bazarında növbəti saxtakarlıq halı yaşanıb.

Bu haqda Turizmplus.az saytına açıqlamasında Intravel şirkətinin direktoru İlqar Kərimli məlumat verib. Onun sözlərinə görə şirkətin keçmiş əməkdaşı Məmmədova Nərgiz Elçin qızı rəhbərliyin məlumatı olmadan şirkətin adından sui-istifadə edərək ayrı-ayrı şəxslərlə ofisdən kənar ərazilərdə görüşərək ödənişlər qəbul edib. 

"Bu barədə hüquq mühafizə orqanlarına artıq məlumat verilib. Bütün müştərilər öz ərizələrində Nərgiz xanıma ödənişi ofisdən kənar ödədiklərini bildiriblər. Zəhmət olmasa bu insanın şirkətimizə yaxdığı ləkə ilə bağlı ayrı-ayrı müştərilərin sosial şəbəkələrdə paylaşdığı rəylərə fikir verməyin. Həmin insanlar öz əlləri ilə ərizələr veriblər və qeyd ediblər ki, Nərgizə etibar edib vermişik. Hətta borc kimi verənlər də var. Bu qədər savadlı insan niyə heç bir müqavilə və çek tələb etməyib? Niyə ofisə gəlib ofisə ödəmə etməyiblər? Demək ki, Nərgizlə dostluq və ya tanışlıq münasibətləri olub. Yükü şirkətin üstünə qoymaqla iş həll olunmur, biraz dürüst və ədalətli olmaq lazımdır. İndi də deyirlər ki, guya InTravel kimisə aldadıb. Bizim ofisə kim çek və müqavilə ilə gəlibsə hamısını yola salmışıq. Hər kəs bilir ki, mən bu şirkəti öz əziyyətimlə qaldırmışam. Nəzərə alın ki, bu hadisə