"TravelPort" şirkəti 8 yeni məhsulunu təqdim etdi - VİDEOREPORTAJ

 

Travelport Azərbaycan nümayəndəliyi bir müddət öncə keçirdiyi tədbir ilə Azərbaycan turizm sektorunda öz mühüm yerini nümayiş etdirmişdi.

Turizmplus.az xəbər verir ki, növbəti dəfə, dekabrın 11-də "Hyatt Regency" otelinin konfrans zalında “Roadshow” adlı rəqəmsal məhsul və təkliflər təqdimatı baş tutub.

Ümümi təqdimat ərəfəsində Galileo GDS sisteminin əsas pəncərəsi olan Travelport Smartpoint və onun bilavasitə əlaqəli olan 8 tədbiqetmə və xidmətlər nümayiş olunub. Spiker Sevinc Rüstəmova təqdimatında tədbirdə iştirak edən 150-ə yaxın turizm şirkətinin nümayəndəsinə Travelport məhsulları haqqında ətraflı məlumat verərək Galileo sistemində öz 10 illik təcrübəsini bölüşüb.

Oxucularımız təqdim olunan məhsulların qısa məzmunu ilə Turizmplus.az-ın növbəti reportajlarında tanış olmaq imkanı qazanacaqlar.

Tədbirdə həmçinin Türkiyədən dəvət olunmuş Kplus şirkətinin nümayəndəsi Kadri Ciğa Travelport şirkəti ilə olan əməkdaşlıq və müştərək olaraq həyata keçirdikləri layihələrdən danışıb. 

Görüşün sonunda iştirakçılar arasinda keçirilən lotoreyada 4 nəfər qalib seçilərək dəyərli hədiyyələlə təltif olunub.