Toy etmək istəyənlər “Bilgah Beach Hotel”-də bir araya gələcək - TƏQDİMAT

 

İyunun 8-9-u tarixlərində “Bilgah Beach Hotel”-də kütləvi toy təqdimatı keçiriləcək.

Turizmplus.az xəbər verir ki, təqdimatda dizaynerlərin hazırladıqları gəlinliklər, göz qamaşdıran zinyət əşyaları, müxtəlif tortlar və gül dəstələri nümayiş olunacaq. Bundan başqa təqdimat iştirakçılar toy masalarının düzülüşünü, bağçada təşkil olunan nigah mərasiminin dekorasiyasını görə biləcək, xüsusi təkliflər və tərəfdaşların endirimləri ilə tanış ola biləcəklər.

Qeyd edək ki, təqdimat iki gün ərzində iyun ayının 8 və 9-da, saat 10.00-dan 20.00-a qədər “Bilgah Beach Hotel”də keçiriləcək. Giriş ödənişsizdir.⠀

Paylaş

Əvvəlkİ

Edеm rеsort medical & spa: место гармонии и силы

Sonrakı

В аэропорту "Внуково" начнут принимать электронные посадочные талоны

Abunə olun

Xəbərlərimizə abunə olun