“Tourism Students Meetup” layihəsi baş tutub - FOTOLAR


Turizm peşəkarları ilə birgə bu ixtisas üzrə oxuyan tələbələr bir araya gəlib.

Layihə Azərbaycanda turizm sahəsində ixtisaslaşan tələbələr üçün iri həcmdə keçirilən ilk və tək platformadır. "Absheron Hotel Group”, "BakuLife Travel” baş sponsorluğu və "Dərs Evi” tədris mərkəzinin sponsorluğu ilə keçirilən tədbirdə 400-ə yaxın tələbə iştirak edib. 

Tədbir zamanı yeni yaranmış Turizm Labaratoriyasının (Tourism Lab.) təqdimatı da keçirilib. Açılış nitqini  Turizm Labaratoriyasının nəzdində fəaliyyətə başlayan “Tourism Students Meetup” layihəsinin koordinatoru Fatimə Əliyeva söyləyib. Daha sonra “Tourism Lab.” şirkətinin rəhbəri Həvva Səfərova Azərbaycanda turizm sahəsinin inkişafı üçün əməkdaşlığın vacib olduğunu vurğulayıb. 

Həmçinin, tələbələr üçün təlim-tədris xidməti göstərən AHA-nın (Azerbaijan Hospitality Academy) təqdimatı keçirilib. AHA-nın rəhbəri Nərmin Əlisoy çıxışında qeyd edib ki, turizm sahəsində oxuyan tələbələr və gələcək karyerasını bu sahədə görən şəxsləri turizm mütəxəssisləri ilə mütamadi görüşlərini təşkil edəcəklərini söyləyib. 

“Tourism Students Meetup” platformasında 11 çıxışçı Rövşən Nəcəfov – Təlimçi, “İnsan Mühəndisliyi” proqramının rəhbəri; Samir Əliyev –  İaşə şöbəsinin müdiri, Boulevard Hotel Autograph Colletion Kamil Dadaşov – Art director, Mauve Hospitality Nadir Fərəcov – Biznes İnkişaf Direktoru, Mondo Travel Jalə Ələkbərova – Travel Blogger Racı Əhlimanzadə - Mərkəzi İnventorizasiya üzrə Menecer, Absheron Hotel Group Fərid Əliyev – Satış koordinatoru, Pasha Travel Rahib İsmixanov – Baş Menecer, Sumgayit Plaza Hotel Ələkbər Eyvazlı – Rəqəmsal Marketinq mütəxəssisi Həvva Səfərova – Turizm Labaratoriyasının (Tourism Lab.) rəhbəri dinlənilib. 

Qeyd edək ki, “Tourism Students Meetup” platforması turizm tələbələrinin professional biznes mühiti ilə tanışlığına imkan yaradır, turizm sənayesinin mütəxəssislərinin məsləhət və ən yaxşı nümunələrini təqdim edən layihədir. “Tourism Students Meetup” layihəsi yeni yaradılmış Turizm Labaratoriyasının (Tourism Lab.) tələbələr üçün nəzərdə tutulmuş fəaliyyət istiqamətidir. 

Nəzərinizə çatdıraq ki, tədbirdə olan çıxışların bəzilər turizmplus.az saytında yayımlanacaq.


Paylaş

Əvvəlkİ

"Xocalı bu olub" tamaşası - AFİŞA

Sonrakı

Туристов призывают к осторожности в регионах близ индийско-пакистанской границы

Подписывайся

Подписывайся на нашу рассылку