THY-nin Bakı-Ankara-Bakı reysinin açılış mərasimi baş tutub - FOTOLAR

 

Heydər Əliyev Beynəlxalq Aeroportunda THY-nin Bakı-Ankara-Bakı reysinin açılış mərasimi baş tutub.

Turizmplus.az xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, THY baş direktorunun insan resursları üzrə köməkçisi Abdulkərim Çay, THY Azərbaycan ofisinin rəhbəri Seyfullah İlyas, Mülki Aviasiya Agentliyinin beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Elman Ələkbərov və başqa şəxslər iştirak edib.

Şirkətin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bildirib ki, bu reys iki paytaxt arasında məsafələri qısaltmaq baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, “Türk Hava Yolları” 22 aprel tarixindən etibarən Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşlara başlayır. Ankara-Bakı istiqamətində uçuşlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri təşkil olunacaq. Əks istiqamətdə isə (Bakı-Ankara) reyslər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Ankara-Bakı reysi yerli vaxtla 23:45-03:35-də, Bakı-Ankara isə 04:30-06:20-də təşkil olunacaq.

Bununla da Türkiyədən Azərbaycana olan birbaşa uçuşların icra edildiyi şəhərlərin sayı 3 olur.

Paylaş

Əvvəlkİ

10 мест, которые надо посетить, пока они не исчезли

Sonrakı

Ruslan Quliyev prezidentlik kürsüsünü təhvil verdi - MÜSAHİBƏ

Подписывайся

Подписывайся на нашу рассылку