THY hədəflərini açıqladı: 2020-ci ildə 80 milyon sərnişin

 

Türk Hava Yolları 2020-ci ilə olan gözləntilərini açıqlayıb.

Turizmplus.az xəbər verir ki, aviaşirkət İctimai Açıqlama Platformasında (KAP) 2020-ci ilə dair gözləntilərini ictimaiyyətlə bölüşüb, 2020-ci ildə 78-80 milyon sərnişin daşımağı hədəflədiklərini bildirib.

Sərnişinlərin 31.5-33 milyonu ölkədaxili, 46-47 milyonu isə  beynəlxalq uçuşlarda daşınması gözlənilir.

Türkiyədə 7%, Orta Şərqdə 7%, Avropada 2% Asiya-Uzaq Şərqdə 17%, Şimali və Cənubi Amerikada ümumi 16%, Afrikada 10% tutum artımı reallaşdıraraq  8,5% - 10% artımla doluluq nisbətinin 81 - 82% olacağı gözlənilir.

Əlavə edək ki, bu aviaşirkət vasitəsilə 2020-ci ildə 7% - 8% artımla 1.60-1.65 milyon ton yük daşınması hədəflənir.