"The Fish" restoranına info-tur təşkil ediləcək - FOTOLAR

 

"Plus Media Production" şirkətinin təşkilatçılığı ilə yeni açılmış "The Fish" restoranına info-tur təşkil ediləcək.

Turizmplus.az xəbər verir ki, turizm şirkətlərinin gəlmə (incoming) menecerləri üçün nəzərdə tutulan info-tur noyabrın 20-də baş tutacaq.

Qeyd edək ki, "The Fish" balıq restoranı Bakının mərkəzində yerləşən "İstanbul Meyhane" kimi tanınan məşhur restoranın bir qoludur. Restoranda yalnız Türkiyədən gətirilmiş dəniz məhsulları təqdim olunur. Bununla yanaşı restoranın ikinci mərtəbəsində Türkiyədən gəlmiş məşhur musiqiçilərin və DJ-lərin çıxış etdiyi klub da fəaliyyətə başlayıb.

Nəzərinizə çatdıraq ki, info-turda qonaqların iştirakı xüsusi dəvətnamə ilə baş tutacaq.

Paylaş

Əvvəlkİ

Turizm şirkətləri üçün onlayn sorğu - KEÇİD

Sonrakı

Сотрудники Emirates назвали главную ошибку пассажиров

Подписывайся

Подписывайся на нашу рассылку