Təyyarədə səyahətlə bağlı maraqlı faktlar


Yazılanların sizin üçün yeni məlumat olacağına əminik. 

Havada olarkən pomidor şirəsi daha dadlı olur

Heç düşünmüsünüzmü niyə təyyarədə insanlar içkilərdən pomidor şirəsinə üstünlük verirlər? Alimlərin araşdırmalarına görə, biz aşağı təziq şəraitində olduğumuz zaman (məsələn təyyarədə), duyğu orqanlarımızın hissiyatı kəskinləşir və bizə pomidorun şirin dadından tam zövg almağa imkan yaranır.

Aviakompaniyalar pula qənaət üçün qəribə üsullar tətbiq edirlər

Artmaqda olan rəqabət şəraitində xərclərin bir hissəsini qarşılaya bilmək üçün aviakompaniyalar qənaət etməli olurlar. 20-ci əsrin 80-ci illərində ”American Airlines” xərcləri azaltmağın çox effektiv yolunu tapdı – təyyarədə verilən salata adi halda əlavə etdikləri zeytun sayını 1 ədəd azaltdı. Və beləliklə aviakompaniya ildə $ 40 000 qənaət edə bildi.

Təyyarədə hava daha təmizdir

Təyyarə salonunda olan havanın çirkli və mikroblu olduğu barədə yalnış fikirlər mövcuddur. Əslində isə təyyarədə olan hava nəfəs aldığınızın ən təmiz havadır və təyyarələrdə olan filter sistemi keyfiyyətinə görə heç də klinika və xəstəxanalarda istifadə olunan sistemlərdən geri qalmır

Pilotlar uçuş zamanı yuxuya gedə bilərlər

Bəli, düz oxudunuz. Həqiqətən də uçuş zamanı pilotlar yuxuya gedirlər və bu hadisə düşündüyünüzdən də daha çox baş verir. Bu necə mümkündür? Avtomatik idarə etmə sistemi (avtopilot) və əlbəttəki ikinci pilot sayəsində.

Paylaş

Əvvəlkİ

Azərbaycan Turizm və Menecment Universitetində VAKANSİYA

Sonrakı

VI Dubay Qastronomiya Festivalında iştirak şansı - QEYDİYYAT

Подписывайся

Подписывайся на нашу рассылку