Tələbələr üçün Rumuniya Respublikasında təhsil imkanı - ERASMUS +

 

Azərbaycan Turizm və Menecment Universiteti  Erasmus+ proqramı çərçivəsində Rumuniya Respublikasının Alexandru İoan Cuza Universitetində təhsil imkanı yaradır.

Turizmplus.az xəbər verir ki, Biznes idarəçiliyi fakültəsinin menecment ixtisasının II və III kursunda təhsil alan bakalavr tələbələri 2019/ 2020 -ci tədris ilinin II semestrində Rumuniya Respublikasının İaşi şəhərində yerləşən Alexandru İoan Cuza Universitetində təhsil almaq üçün təqaüd proqramına müraciət edə bilərlər.

Tələb olunan sənədlər :
- Motivasiya məktubu (1-2 səhifə olmalı, ingilis dilində yazılmalı),
- Qiymət cədvəli (Qeydiyyat bölməsindən əldə olunan bilər)
- İngilis dili sertifikatı (əgər varsa).
- Referens məktubu (İngilis dilində yazılmalıdır)

Maliyyə imkanları:

- Aylıq 800 avro təqaüd
- Nəqliyyat xərcləri üçün ayrılmış olan 275 avro məbləğində maddi dəstək

12 noyabr 2019 – cu il – SON MÜRACİƏT GÜNÜ (Beynəlxalq əlaqələr şöbəsi)

Paylaş

Əvvəlkİ

Мэрайя Кэри выступит на бесплатном концерте в Дубае

Sonrakı

Bakının ən böyük ticarət mərkəzi gələn il fəaliyyətə başlayacaq - DETALLAR

Подписывайся

Подписывайся на нашу рассылку