Tehranda qəzaya uğrayan sərnişin təyyarəsində 176 nəfər həlak oldu - Reuters

 

Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing - 737 Tehrandakı İmam Xomeyni hava limanından çıxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Bu barədə İran xəbər agentlikləri ISNA və Shebab məlumat verib. Təyyarənin göyərtəsində 180 sərnişin və uçuş heyəti olub. Flightradar24 xidmətində qeyd olunub ki, təyyarənin yeri barədə ən son məlumat Tehran yaxınlığındakı Parand şəhərinin ərazisində əldə edilib.

Reuters-in verdiyi xəbərə əsasən, İranda qəzaya uğrayan Ukrayna laynerinin bütün sərnişinləri həlak olub.

 

Paylaş