Tehran - Bakı - Tehran reysi ləğv edildi


Fevralın 7-də həyata keçirilməli olan Tehran-Bakı aviareysi ləğv olunub.

Turizmplus.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna “Iran Air” aviaşirkətinin yerli vaxtla saat 12:05-də “IR 778” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib. Aviareys “Airbus A310-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Tehran-Bakı aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Qeyd edək ki, dünən həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi də ləğv edilmişdi.

"Mahan Air” aviaşirkətinin yerli vaxtla saat 09:15-də “W5 1130” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib.

Fevralın 6-sı Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Mahan Air” aviaşirkətinin yerli vaxtla saat 10:30-da Bakıdan Tehrana “W5 1131” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A310-300” təyyarəsi ilə həyata keçirilməli idi.

Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Paylaş

Əvvəlkİ

Hilton Baku-da maraqlı kampaniya

Sonrakı

Booking.com və digər saytlara XƏBƏRDARLIQ

Подписывайся

Подписывайся на нашу рассылку