TƏCİLİ: Gündəm mövzusu ilə bağlı ATAA vətəndaşlara və turizm şirkətlərinə müraciət etdi

 

Son günlərdə yayılan Gürcüstanın Tbilisi şəhərindən Misirin Şarm əl Şeyx şəhərinə olan uçuşların Ermənistan şirkətinin təşkilatçılığı ilə yerinə yetiriləcəyi barədə məlumatlar təsdiqini tapıb.

Bir neçə dəqiqə bundan öncə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara və turizm şirkətlərinə müraciət ünvanlayıb.

"Yanvarın-22-dən Misirin Şarm El Şeyx şəhərinə avia biletlər satma hüququ olan Gürcüstanın “İnterco Travel” şirkətinin səlahiyyətləri Ermənistanın “Anriva Tour” şirkətinə keçib. 

Bununla da Misir aviaşirkətinin Gürcüstanda kommersiya nümayəndəliyi dəyişib və “Air Cairo” hava yollarının Gürcüstan üzrə nümayəndəliyi Ermənistan şirkəti təyin olunub.

Artıq “Anriva Tour” bununla bağlı turizm şirkətlərinə müraciət ünvanlayıb. 

Müraciətdə “Anriva Tour” şirkəti narahatlığa əsas olmadığını və uçuşların əvvəlki qaydada həyata keçiriləcəyini bildirib və “İnterco Travel” ilə iş birliyində olan turizm şirkətlərini  əməkdaşlığa çağırıb. 

Azərbay