Tbilisidən Şarm əl Şeyxə uçuşlar erməni şirkətinin təşkilatçılğı ilə baş tutacaq - RƏSMİ BƏYƏNAT

 

Son günlərdə Gürcüstanın Tbilisi şəhərindən Misirin Şarm əl Şeyx şəhərinə olan uçuşların Ermənistan şirkətinin təşkilatçılığı ilə yerinə yetiriləcəyi barədə məlumatlar yayılmışdı.

Turizmplus.az xəbər verir ki, bu məlumatlar təsdiqini tapıb. “AIR CAIRO” Misir avriaşirkətinin Gürcüstanda kommersiya nümayəndəsi “İnterko Travel” bu barədə bəyənat yayıb: 

"Biz sizə qarşı məsuliyyəti hiss edir və sizə son günlərdə “İnterko Trevel Qrup”-un ətrafında yaranmış vəziyyət barədə məlumat verməyi özümüzə borc bilirik.
 
Nəzərinizə çatdırırıq ki, “İnterko Trevel” 2014-cü ildən “AIR CAIRO” Misir avriaşirkətinin Gürcüstanda kommersiya nümayəndəsi idi. Lakin 22 yanvar cari il tarixində “AIR CAIRO” IATA Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının requlyasiyalarını pozaraq qeyri-vicdanlı əqd yolu ilə “İnterko Trevel”-i “Anriva Turs” erməni turizm şirkəti ilə əvəz etmişdir.
 
Sizə o barədə məlumat verməyi özümüzə borc bilirik ki, bu andan etibarən biz “AIR CAIRO”-nun nümayəndəliyi deyilik və müvafiq olaraq, Gürcüstandan “AIR CAIRO” aviaşirkətinin uçuşları üçün məsuliyyəti “Anriva Turs” erməni turizm şirkəti öhdəsinə götürür.
 
İlk növbədə, şirkətimiz tərəfindən xidmətin göstərilməsinin ləngidilməsi üçün sizdən üzür istəyirik, lakin bir daha sizə izah etmək istəyirik ki, qeyd edilən vəziyyət ilə bizdən asılı olmayan səbəbə görə qarşılaşdıq.
 
“İnterko Trevel” şirkəti sərnişinlərə qarşı məsuliyyətini tamamilə dərk edir və növbəti uçuşlarda yanvarın 26-da zərərçəkmiş vətəndaşları təmin etməyə və köhnə qrafikə uyğun olaraq qış mövsümünün sonuna qədər davam edəcək növbəti uçuşlarda xidmət göstərməyə hazırdır.
 
Bizim komandamız, 30 il ərzində işlədiyi kimi, öz işini davam etdirir və Misir istiqamətilə alternativ bort vasitəsilə uçuşları davam etdirir.
 
Uçuş