Tayland təhlükəsizlik tədbirlərini gücləndirib - XƏBƏRDARLIQ


"The Thaiger" xəbər verir ki, Tayland turistlərin təhlükəsizliyi üçün yeni strateji planlar hazırlayıb. 

Belə ki, avtobuslar sertifikasiya keçdikdən sonra uyğun logotiplər əldə edəcək, katerlərə isə GPS-naviqayisa qoşulacaq. Bunlarla yanaşı katerlərdə turistlər xüsusi GPS-li qolbaqlara təmin olunacaq.

Eləcə də turistlərin qidalanmasına və yaşayışına xüsusi diqqət ayrılacaq.

Qeyd edək ki, Böyük Britaniya və Çin dövlətləri öz vətandaşlarına Taylandda yaşana biləcək təhlükələr barədə xəbərdarlıq edib. Məhz bu xəbərdarlıqdan sonra Taylandda təhlükəsizlik tədbirləri daha gücləndirilib.

Xatırladaq ki, keçən yay Taylandda pis hava şəraiti nəticəsində “Feniks” gəmisi qəzaya uğramışdı. Gəmidə olan 105 sərnişindən 47-si həlak olmuşdu. Onların arasında turistlər çoxluq təşkil edirdi.

Paylaş

Əvvəlkİ

2019-cu ilin turizm sərgiləri - SİYAHİ

Sonrakı

ATMU-da Dekan vəzifəsinə vakansiya - İŞ VAR

Подписывайся

Подписывайся на нашу рассылку