“Tarixin şah əsərləri” adlı sərgi açılıb - FOTOLAR

 

Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərginin açılış mərasimi keçirilib.

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, beş il əvvəl Gürcüstan Milli Muzeyində Azərbaycana aid minlərlə tarixi, mədəni artefaktın olduğu məlum oldu. Bununla əlaqədar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi və qərara gəlindi ki, bu materiallar əsasında möhtəşəm sərgi təşkil olunsun.
1560441585-w-121558987141705427174-1000x669


Sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirən Fuad Axundov bu işin ərsəyə gəlməsində Mədəniyyət Nazirliyinin və Gürcüstan Milli Muzeyinin birgə xeyli iş gör