"Tarixə və Nəsimi yaradıcılığına səyahət” - AITF 2019


Aprelin 4-8-də 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisi Bakı Ekspo Mərkəzində öz qapılarını ziyarətçilərin üzünə açacaq. Hər zaman olduğu kimi, bu il də “AITF” sərgisi müxtəlif ölkələrin turizm bazarlarının nümayəndələrini, eləcə də milli və regional turizm təşkilatları və dövlət strukturlarını bir araya gətirəcək.

Turizm sahəsinin inkişafı ölkəmizin iqtisadi inkişaf kursunda aktual məsələlərdən biridir. Prezident İlham Əliyevin sərgiyə göstərdiyi maraq bir daha turizm sektorunun inkişafının mühüm əhəmiyyət kəsb etdiyinin bariz nümunəsidir. Ölkə başçısının sərgini hər il ziyarət etməsi turizm sahəsində işgüzar münasibətlərə və ümumilikdə, bu sahənin inkişafına əlavə təkan verir.

Bu il “AITF” sərgisi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçiriləcək. Sərgi Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” şirkəti çıxış edir.

Bu il sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri və sanatoriyaların milli və regional təmsilçiləri ö