Tariflər müəyyən edilənədək parklanma ödənişsizdir !

 

Bakı Nəqliyyat Agentliyi əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırıb.

BNA-dan Turizmplus.az-a verilən açıqlamaya görə, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.