Şuşanın işğalından 27 il ötür

 

Bu gün Şuşa şəhərinin işğalından 27 il ötür.

Şuşa turizm potensialına görə Azərbaycanın ən qabaqcıl mərkəzlərindən biri olub. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü yerli camaatın və oraya təşrif buyuran qonaqların ən sevimli yeri idi. Şuşadan 40 km. aralıda – Laçın yolunun üstündə yerləşən Turşsu, istirahət və müalicə zonası kimi tanınırdı. Sol tərəfindən isə Daşaltı çayı axır. Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi.

Şuşanın gəzməli görməli yerlərindən biri də Yuxarı Daşaltı idi. Xalq arasında bu istirahət yerinə "Şəmilin bağı" da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, "Ağzıyastı kaha" yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir.

Şuşaya təşrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik Cıdır düzü idi. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib. Cıdır düzündə hər il may ayında "Xarı-bülbül" mahnı festivalları keçirilirdi.

Şuşanın işğalından əvvəl şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi.

Qeyd edək ki, erməni vandalizmi nəticəsində indi sadalanan tarixi-memarlıq abidələrinin bir çoxu məhv edilib. 

Paylaş

Əvvəlkİ

На Великой Китайской стене пройдёт музыкальный фестиваль

Sonrakı

Запускается пассажирский поезд из Баку в Турцию - ЦЕНЫ

Подписывайся

Подписывайся на нашу рассылку