Surqut şəhərinin beynəlxalq aeroportuna azərbaycanlının adı verildi

 

Rusiyanın Surqut şəhərinin beynəlxalq aeroportuna tanınmış azərbaycanlı geoloq Fərman Salmanovun adını adı verilib.

Rusiya prezidenti Vladimir Putin "ölkə qarşısında xüsusi xidmətləri olan" şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi haqda fərman imzalayıb. Geoloq Fərman Salmanovun adı Velikiye imena Rossiyi (Rusiyanın dahi adları) siyahısına salınıb.

Fərman Qurban oğlu Salmanov 60-cı illərin əvvəlində Sibirdə nəhəng neft və qaz yataqlarını kəşf etməklə sovet neft sənayesinin inkişafına xüsusi töhfə verib. 1987-1991-ci illər arası SSRİ Geologiya nazirinin birinci müavini vəzifəsini tutub.

Qeyd edək ki, 1931-ci ildə Şəmkirdə doğulan Fərman Salmanov 2007-ci ildə Moskvada vəfat edib.

Paylaş

Əvvəlkİ

Путин увековечил имя известного азербайджанца

Sonrakı

İyun ayında tempratur normadan artıq isti olacaq - AÇIQLAMA

Abunə olun

Xəbərlərimizə abunə olun