SUMMER Tour Workshop 2019 - 3 APREL


Aprel ayının 3-də  Hilton Baku otelinin “Sevda Ball room” zalında SUMMER Tour Workshop və təqdimat mərasimi baş tutacaq.

Turizmplus.az xəbər verir ki, tədbirdə "SUMMER Tour" nümayəndəliyi ilə yanaşı, Antalya, Ege və İstanbul otellərinin nümayəndələri iştirak edəcəklər. “SUMMER Tour Workshop 2019”- da şirkət nümayəndələrini otel nümayəndələri ilə görüş, otellərin dəyişiklikləri və yenilikləri ilə tanış olmaq, müxtəlif növ uduşlu lotoreyalarda iştirak etmək imkanı gözləyir. 

Tədbirin proqramı aşağıdakı kimidir:

Qeydiyyat: 16:30 

Workshop: 17:00

Furşet və uduşlu lotoreya: 19:00 – 20:00

Tədbirdə iştirak etmək istəyən agentlik nümayəndələri rəsmi e-mail ünvanı vasitəsi ilə öz ad və soyadlarını callcentergyd@summertour.com ünvanına göndərməkləri xahiş olunur. Gələrkən vizit kartınızı götürməyi unutmayın.

Qeyd edək ki, bir şirkətdən yalnız iki nəfər iştirak edə bilər və lotoreyada iştirak üçün vizit kartların qəbulu yalnız qeydiyyat zamanı mümkün olacaqdır.

Paylaş

Əvvəlkİ

BTIC is currently hiring experienced Graphic Designer

Sonrakı

Bakıdan Ciddəyə aviabiletlər satışa çıxarılıb

Abunə olun

Xəbərlərimizə abunə olun