SON DƏQİQƏ: Hotel, səyahət agentliyi və turoperator faəliyyəti üzrə məşğul olan sahibkarlara dəstək paketi hazırdır

 

Turizm sənayesinin nümayəndələri üçün dövlət tərəfindən sahibkarlara dəstək paketinin şərtləri açıqlanıb.

Turizmplus.az xəbər verir ki, paket 4 hissədən ibarətdir.

I. Əmək ödənişləri ilə bağlı dəstək proqramı

Əmək ödənişlərinə dəstək proqramı dedikdə pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işçilərinin rəsmi əmək haqqı və sosial sığorta ödəmələrinin dövlət tərəfindən aprel və may aylarında kompensasiyanın edilməsi nəzərdə tutulur. İşçilərin sayı aprel ayının 1-ə kimi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyata salınmış işçislərin sayına uyğun müəyyən edilir. Mexanizm aşağıdakı kimidir:

• İşçinin əmək haqqısı 712 AZN-ə qədərdirsə, onda əmək haqqının 100 %-i dövlət tərəfindən təmin edilir.
• İşçinin əmək haqqısı 712 AZN-dən yuxarıdırsa, o zaman, işçiyə dövlət tərəfindən veriləcək maksimum əmək haqqı 712 AZN müəyyən edilir.

Əmək ödənişlərinə dəstək proqramı əmək haqqına dəstəkdən başqa işçilərin sosial siğorta haqlarının da ödənilməsini nəzərdə tutur. Məqsəd odur ki, hər bir işçinin gələcək sosial m&u