SON DƏQİQƏ: "Buta Airways"in təyyarəsi Volqoqrada məcburi eniş etdi

 

"Buta Airways"in J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alıb.

Turizmplus.az xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi olub. Reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş edib. Təyyarə Gəncə-Moskva marşrutu üzrə reysi yerinə yetirirdi.

Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.

Paylaş