Skal üzvləri Qalada bir araya gəlib, Qoruqla tanışlıq baş tutub - FOTOLAR

 

"Skal İnternational Baku Club"un üzvlərinin növbəti görüşü “Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu”na təsadüf edib.

Turizmplus.az xəbər verir ki, iyulun 3-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəvəti ilə baş tutan səhər yeməyində klubun üzvləri ilə yanaşı AZTA-nın icraçı direktoru, turizm şirkətlərinin nümayəndələri və jurnalistlər də iştirak edib. Səhər yeməyindən sonra  İçəri Şəhər Muzey Mərkəzinin Direktoru Əminə Məlikovanaın müşayiəti ilə iştirakçılar üçün Qoruq ərazisinə tur təşkil olunub, qonaqlara məlumatlar verilib.

Qeyd edək ki, Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Deməli 5 min il ərzində Qala kəndi ərazisində insanlar yaşayıb fəaliyyət göstəriblər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olub.Kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və s. yerləşdirilib.

Paylaş

Əvvəlkİ

Şəki Xan Sarayı ziyarətçilərin üzünə açılır - AÇIQLAMA

Sonrakı

Как много путешествовать, если вы работаете в офисе полный день

Abunə olun

Xəbərlərimizə abunə olun