"Şirkətlərin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı durmadan artır" - NAHİD BAĞIROV

 

Azərbaycan Turizm Assosiasiyası (AZTA) turistləri şirkət seçimində daha diqqətli olmağa çağırıb.

Turizmplus.az AZTA-nın rəsmi sosial şəbəkə hesabına istinadən xəbər verir ki, bu haqda təşkilatın rəhbəri Nahid Bağırovun açıqlama verib. 

“Son zamanlar assosiasiyaya şirkətlərin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı durmadan artır. Hazırda sektorda idarəetmə mexanizmlərinin olmaması turistlər üçün ciddi problemlər yaradır, eləcə də, sektorun imicinə ziyan vurur. Bütün baş verənləri nəzərə alaraq, turistləri şirkət seçərək daha diqqətli olmağa, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyyə edirik” – bunu AZTA rəhbəri Nahid Bağırov deyib.

Paylaş

Əvvəlkİ

"Dağların başı - Xinalig edition" - MARAQLI LAYİHƏ

Sonrakı

Məşhur otellərdə bir gecə qalmaq şansı - MÜSABİQƏ

Abunə olun

Xəbərlərimizə abunə olun