Səyahətlər bizi xoşbəxt edir – SƏBƏBLƏR

 

Psixoloqların araşdırıblar ki, səyahətlər nəinki fiziki formamıza eləcə də psixoloji və emosional sağlamlığımıza müsbət təsir göstərir. Yəni bir sözlə desək bizi xoşbəxt edir. Bunun də səbəbləri var:

Əminlik hissimiz artır 

Səyahətə çıxmaq komfort zonamızı tərk etmək deməkdir. Hətta detallı hazırlanmış səyahət planı bizi başımıza gələcək kiçik surprizlərdən azad etmir.  Bizə yad olan həyat tərzində qarşımıza çıxan problemləri həll edərək səbrli olmağı və emossional dözümlü olmağı öyrənirik. Bu da bizim özgüvənimizi artırır.

Yeni dostlar qazanırıq 

Sizdə razılaşmalısınız ki səyahət zamanı dost tapmaq daha asandır. Təyyarə yoldaşınız gələcək həyat yoldaşınız və ya sadəcə şəhər turuna çıxacağınız adam ola bilər. Bunlar real hadisələrdir. 

Müsbət hisslər alırıq 

Səmimi dostluq hissi səfər etdiyiniz kəndin ( və ya şəhərin ) nə dərəcə də inkişaf etdiyindən asılı deyil. Yerli əhalidən aldığınız bir gülümsəmə belə gün boyu pozitiv hissləri içinizdə yaşatmağınıza bilavasitə yardımçı olacaq. 

Ayrı olduğumuz insanların dəyərini yenidən xatırlayırıq

Öyrəşdiyimiz həyatdan və yanımızda olan insanlardan ayrı qalanda onların bizim üçün nə qədər önəmli olduğunu bir daha anlayırıq. Məhz onlar - dostlarımız və yaxınlarımız səyahət sonu dünyanın gözəllikləri barəsində monoloqlarımızı səbirlə dinləyəcəklər. 

Yeniliklər öyrənirik

Ekspertlər hesab edirlər ki, səyahət zamanı “open mind” rejiminə keçməliyik: ətrafımızda baş verənlərə diqqət yetirməli və başqa ölkələrin mədəniyyətlərini qəbul etməliyik. Beləliklə, biz böyük təcrübə qazana biləcəyik. Məhz bu da bizi sanki yeniləyib xoşbəxt edəcək. 

Online aslılıqdan xilas oluruq

Təbii, bu təcrübədən hər kəs istifadə etmir. Lakin hələ internet şəbəkəsinin gedib çıxmadığı yerlər var. Bucür yerlər “bugün və indi”- ni  yaşamağa imkan verir. Cəhd edin, həqiqi hisslərinizi eşitməyə kömək edəcək.

Özümüzə ayırdığımız vaxtdan həzz alırıq 

Əslində, internetsiz qalmağ şərt deyil. Səyahət stressdən uzaqda vaxt keçirtmək üçün əla imkandır. Tura böyük kompaniya ilə getsəniz belə özünüzə vaxt ayırıb mütləq azda olsa tək qalın.

Möhtəşəm təəsürat alırıq 

Hər səyahət yaddaşımızda böyük təəsüratlar saxlayır. Bir kontinentdən o birinə getməklə və ya sadəcə dəniz kənarında vaxt keçirtməklə səyahətinizi unudulmaz edirsiniz. 

Xatirələrlə kefimizi açırıq

Hər zaman səyahətdə olan insanlar belə ara-sıra keçmiş səyahətlərdən qalan xoş anlardan bəhs etməyi sevirlər.  Məhz elə bu hisslər bizi yeni təəsüratlar əldə etmək üçün yenidən yola çıxmağa vadar edir.

Paylaş

Əvvəlkİ

“Etihad Airways”-dan qolf sevərlərə möhtəşəm xəbər

Sonrakı

200 Dollardan atışın, Yaponiyada toy var - ƏLİ ƏKBƏR YAZIR

Подписывайся

Подписывайся на нашу рассылку