Səyahətinizə rəng qata biləcək mobil tətbiqlər - YÜKLƏMƏ LİNKLƏRİ

 

Səyahətçi fotoqraf-blogger Əli Əkbər bu dəfə səyahətinizi planlaşdırmağa, vaxta, pula qənaət etməyə yardımçınız ola biləcək mobil tətbiqlər (app) haqqında araşdırma aparıb. Müəllif araşdırmasını izləyicilərimizə təqdim edirik. 

- PackPoint

Saatlarla səfər üçün çamadan yığmısız və sonra da bəlli olur ki, nəsə yaddan çıxıb? Onda qoy bunu sizin üçün PackPoint etsin. Gedəcəyiniz şəhəri, tarixi, yola sərf edəcəyiniz vaxtı, səyahətdə nəylə məşğul olacağınızı qeyd edin və o sizin əvəzinizə yol üçün lazım olan nə varsa - hamısının siyahısını özü tərtib edəcək. Sonradan lazım olmayanları siyahıdan çıxara bilərsiz. Əsas odur ki, yaddan çıxan heç nə olmayacaq və yadınızda belə olmayan, amma səfərdə karınıza gələ biləcək nəyisə tətbiqin hesabına əlavə etmiş olacaqsız.

iOS üçün - https://itunes.apple.com/…/packpoint-travel-pac…/id896337401
Android üçün - https://play.google.com/store/apps/details…

- Flightradar24

100-dən çox ölkədə səyahət üçün ən yaxşı tətbiq kimi seçilən Flightradar24 sizi maraqlandıran təyyarənin tipi, aviaşirkəti, marşrutu, sürəti, hündürlüyü, uçuş və enmə vaxtı barədə məlumatı 3D effektlərlə sizə peşkəş edəcək. Lap heç özünüz olmayın, dost-tanışdan kimsə harasa təyyarəylə səfər edirsə, siz də narahat qalmayasız deyə, həmin reysin nömrəsini tətbiqə əlavə etməklə uçuş barədə sadaladığım məlumatlarla tanış ola bilərsiz.

iOS üçün - https://itunes.apple.com/…/flightradar24-flight…/id382233851
Android üçün - https://play.google.com/store/apps/details…

- SkyGuru

Bu tətbiq təyyarəylə uçuşlardan hürkənlər üçündür, aerofobiyadan əziyyət çəkənlər üçün sanki bir psixoloqdur adamla bərabər təyyarədə uçur. Uça-uça da təyyarədə baş verən cüzi bir məqamla bağlı belə açıqlama verir, məsələn, təyyarə qəfil enəndə deyir ki: "Sən canı panikaya düşmə, bu, normal haldır, filan şeydən ötrüdür". Aerofob da özünə gəlib həşirə düşmür.

iOS üçün - https://itunes.apple.com/app/id1382240614
Android üçün - https://play.google.com/store/apps/details…

- Rome2Rio

Avtomobillə və ya qatarla səyahət edənlər hərdən A-dan B-yə çatmaq üçün C və D-dən keçməli olurlar. Bu halda tətbiq bir neçə ölkə arasında belə marşrutunuzu cızıb verir sizə. Hətta, məsələn, Antalyadan Tbilisiyə çatmaq üçün hansı avtobuslardan istifadə etməlisiz, Moskvadan Ulan-Batora çatmaq üçün neçə qatar dəyişməlisiz. Hər seqment üzrə təqribi qiymət və bilet ala biləcəyiniz saytı da göstərilir.

iOS üçün - https://itunes.apple.com/…/rome2rio-find-out-ho…/id569793256
Android üçün - https://play.google.com/store/apps/details…

- RailPlanner

Qatarların gediş-gəlişi filanı ilə bağlı adam hərdən öz ölkəsində də çaş-baş qalır, o ki qalmışdı xaricdə. Avropa üzrə bu problemin həllində RailPlanner tətbiqi qulunuz ola bilər. Offline rejimdə bütün stansiyalar üzrə cədvəlləri göstərə, birbaşa hərəkətdir ya yox barədə böyük məmuniyyətlə xəbərçilik edə bilər.

iOS üçün - https://itunes.apple.com/…/rail-planner-offline…/id579547877
Android üçün - https://play.google.com/store/apps/details…

- Mobike

Bu tətbiq vasitəsilə icarə üçün nəzərdə tutulan velosiped seçirsiz, dayanacaqda onu blokdan çıxarıb istifadə edirsiz, bezəndə də onu ya xüsusi dayanacaqda, ya da elə küçənin ortasında (əgər şərtlər buna icazə verirsə) qoyub gedirsiz.

iOS üçün - https://itunes.apple.com/app/id1044535426
Android üçün - https://play.google.com/store/apps/details…

- Strava

Velosipedlə bağlı daha bir tətbiq. Bu tətbiqdən hətta təkcə səyahət zamanı yox, elə fitnes məqsədi ilə də istifadə edə bilərsiz. Tətbiq sizin velosipeddə və ya adi qaçışda qazandığınız uğurları digər istifadəçilərlə paylaşır. Başqalarıyla ən yüksək göstərici uğrunda yarışa da bilər, yeni cığırları birgə kəşf edə də bilərsiz.

iOS üçün - https://itunes.apple.com/app/strava-cycling/id426826309
Android üçün - https://play.google.com/store/apps/details?id=com.strava

- OruxMaps

Cığırlardan kənarda trekinqə və ya velosipedlə səyahətə hazırlaşırsızsa, Maps.me tətbiqi bəs etməyə bilər. OruxMaps vasitəsilə çadırı harda qurmaq, su mənbəyini necə tapmaq olar və sair kimi məlumatları tapmaq olar.

Android üçün - https://www.oruxmaps.com/cs/en/

- Citymapper

İctimai nəqliyyatla bağlı sizə olmazın köməkliyi göstərməyə hazır olan tətbiq. Marşrutunuzun ilkin və sonuncu məntəqələrini qeyd edirsiz və tətbiq sizə həmin yerə necə çatmaq barədə ətraflı məlumat verəcək (o cümlədən tranzitlə, piyada və ya velosipedlə). Hər nəqliyyat növü üzrə tətbiq qiymətləri də göstərir və, məsələn, avtobusun nə vaxt gələcəyini də diqqətinizə çatdırır. Bir əmması var, o da tətbiqin yalnız böyük şəhərlərdə işləməsidir. Citymapper-də tapmadığınız şəhəri digər tətbiqdə - Moovit-də axtarın.

iOS üçün - https://itunes.apple.com/…/citymapper-transit-n…/id469463298
Android üçün - https://play.google.com/store/apps/details…

- Budgy

Dost-tanışla səyahət etdikdə xərclərlə bağlı qanqaraçılıq yarana bilər. Restoranda kim pulu ödədi, avtomobilə görə icarə pulu kimin cibindən çıxdı, parkdakı piknik kimin hesabına başa gəldi - bütün bu kimi məqamlarda qardaş qırğınına çıxmamaq üçün Budgy-də ümumi büdcə tərtib edə bilərsiz. Bütün ödənişləri bura əlavə edin və səfərin sonunda o, hesablayıb deyəcək ki, kimin kimə nə qədər borcu var.

iOS üçün - https://itunes.apple.com/ru/app/budgy-2/id1156229427
Android istifadəçiləri, vəziyyəti özünüz birtəhər yola verin.

- Google Arts & Culture

Yaxınlığdakı muzeylərin koordinatları, iş qrafiki, muzeydə nələrə baxa bilərsiz və sair barədə məlumat ala biləcəyiniz tətbiq də budur.

iOS üçün - https://itunes.apple.com/…/app/google-arts-cul…/id1050970557
Android üçün - https://play.google.com/store/apps/details…

- Yuggler

Əliuşağlısızsa, səyahət zamanı arada uşağın da marağlı vaxt keçirməsi barədə düşünməlisiz. Amma siz düşünməyin. Qoy bunu Yugger düşünsün. Uşağlar üçün əyləncə meydançaları, hovuzlar, zooparklar, muzeylər və s. barədə məlumatı tezbazar tapıb sizə təhvil verəcək.

iOS üçün - https://itunes.apple.com/us/app/yuggler/id741597223
Android istifadəçiləri, səfərə uşaqsız çıxın :) 

- izi.TRAVEL

İntrovertlər üçün bələdçidir. Tətbiqdə görməli yerlər barədə audio-bələdçi xidmətindən istifadə etmək olar. Yəni canlı bələdçinin arxasıyca düşüb gəzmək istəmirsizsə, bu tətbiq vasitəsilə istədyiniz tempdə, istədiyiniz vaxt gəzə-gəzə istədiyiniz yer barədə audio məlumat ala bilərsiz. Səfər vaxtı internetə pul xərcləməmək üçün wifi olan yerdə sizə lazım olan turu telefona yükləyin. Tətbiqi işə salanda o, GPS-ə görə təyin edəcək olduğunuz yeri və əvvəlcədən yüklədiyiniz məlumatlar hesabına başlayacaq həmin yer barədə əngə verməyə.

iOS üçün - https://itunes.apple.com/app/opas/id554726752
Android üçün - https://play.google.com/store/apps/details…

- Foursquare

Yeyib-içməyi də yaddan çıxarmadıq. Qarşınızdakı restoranın ləyaxlı olub-olmadığı barədə və ya hər hansı suşi-bar axtarışındasızsa özünüz ərazini qeyd edib həmin barın orada olub-olmadığı barədə məlumatı rahatlıqla bu tətbiqdən öyrənmək olar. Həm də başqalarının bu və ya digər iaşə obyektində çəkdikləri fotolarla da tanış olmaq olar. Amma diqqət edin ki, rəylər 100 ilin rəyi olmasın. Çünki qısa müddət ərzində də hansısa kafe imicini dəyişib əvvəlki vaxtlardan fərqli olaraq dovğaya noxud qatmaya bilər. Siz də peşman olassız.

iOS üçün - https://itunes.apple.com/…/foursquare-city-guide/id306934924
Android üçün - https://play.google.com/store/apps/details…

- HappyCow

Adından da bəlli olduğu kimi, vegetarian ve veqanlar üçün yaradılmış tətbiqdir. Ürəyləri istəyən ətə xor baxan restoran-kafeləri burada tapa bilərlər. Həm də tətbiqdə müxtəlif fermer bazarları, sağlam qida mağazaları haqqında da məlumat boldur.

iOS üçün - https://itunes.apple.com/…/happycow-find-vegan-…/id435871950
Android üçün - https://play.google.com/store/apps/details…

- Vivino

Şərab manyakları, sizi də unutmadıq! Kaxetiyada hansı şərabı almaq məsləhətdi? Burqundiyada, Toskanada hansı şərabdan dadmasaz ömrünüzün axırınacan bunu özünüzə bağışlamaya bilərsiz? Dünyanın istənilən nöqtəsində adınıza layiq şərab barədə məlumatı bu tətbiqdən ala bilərsiz. Tətbiqi qoyun qarşınıza və açın sinənizi: məsələn, 50 AVRO-ya ağ italyan şərabı və ya 3,5 ulduzdan yuxarı Gürcüstan şərabı… Tətbiq o dəqiqə axtarışınıza uyğun bütün şərab çeşidlərini reytinq və rəyləri ilə birgə tapıb sizə göstərəcək.
Mağazada hər hansı şərabı seçməkdə çətinlik çəksəz, bu tətbiqlə onun etiketkasını skan edin və ən son rəy, reytinqi barədə məlumat alın.

iOS üçün - https://itunes.apple.com/app/id414461255
Android üçün - https://play.google.com/store/apps/details?id=vivino.web.app

P.S. SkyScanner, Uber, Google Maps, Maps.me, BlaBlaCar, Couchsurfing filan barədə də özünüz bilirsiz. Bir də yazmayım.

Paylaş

Əvvəlkİ

В Таиланде появилась туристическая карта

Sonrakı

В Японии испытывают самый быстрый пассажирский поезд в мире

Abunə olun

Xəbərlərimizə abunə olun