Səyahət zamanı etdiyimiz 10 səhv - ƏLİ ƏKBƏR YAZIR


1-Cİ SƏHV: «UCUZ OLSUN» DEYİB MƏRKƏZDƏN KƏNARDA OTEL AXTARMAQ

Bəzi hallarda bu, həqiqətən də sərfəli ola bilər, məsələn, avtomobilimiz varsa. Mərkəzdən kənardakı otellər həqiqətən ucuz ola bilər, amma bir balaca. Oteldən mərkəzə gedib-gələcəyiksə, onda üzü astarından baha başa gələcək. Bu bir. İkincisi, mərkəzə yaxın otelə arabir gedib kəlləni atıb yatma imkanımız da olacaq. Üçüncüsü, məzuniyyət zamanı hansısa iri şəhərdə dincəlmək kimi planımız varsa, niyə gedib it ulayan yerdə oteldə qalaq ki? Mərkəzdə oteldə qalınca sübh tezdən tursitsiz küçələrdən həzz almaq, gecə əylənərkən «Ayt dədə! Hələ otelimə 1 saata gedib çatmağım var» fikirləşib əhvalımıza soğan doğramaya bilərik.

Mən, məsələn, Helsinkidə (Finlandiya) belə bir səhvə imza atmışdım. Mərkəzdə qiymətlər çox baha olduğundan, güc-bəlayla kənar ərazidə bir otel tapdım. Nəticədə günümün yarısı elə yollara getdi. Qaldığım yerdən mərkəzə ancaq tramvay gedirdi, o da yellənə-yellənə. Taksiyə oturan kimi avtomatik 7 AVRO vurduğunu görəndən sonra ona tövbəli idim.

2-Cİ SƏHV: PULSUZ BƏHRƏLƏNƏ BİLƏCƏYİMİZDƏN VAZ KEÇİB, ÖDƏNİŞLİYƏ ÜSTÜNLÜK VERMƏK

Pullu və bəzən hətta darıxdırıcı ekskursiyalara bədxərclik etməkdənsə, gül kimi FREE WALKING TOURS səhifəsi var (