Səyahət təhsilin ən mühüm hissəsdir - SƏBƏBLƏR

 

Təhsilin həyatımızda olan vacibliyi sirr deyil. “Bigpicture.ru” portalı hesab edir ki, səyahət məhz təhsilin ən mühüm hissəsdir. Səbəblər gəlincə :

- Xarici dillər

Bəli, demək olar ki bütün ölkələrdə ingilis dilində danışırlar. Lakin qonaq olacağanız ölkənin öz dilini bilmək daha məsləhətlidir. Səyahət qonaq olduğunuz ölkənin dilini öyrənmək üçün əla vasitədir. 

- Yeni mədəniyyətlərlə tanışlıq 

Nəyinki xarici ölkələrə eləcə də öz ölkənizin müxtəlif bölgələrinə səyahət etmək sizə yeni nəsə öyrənməyə kömək edir. Siz artıq mədəniyyətlərin müxtəlifliyini daha yaxşı anlmağa başlayırsız. 

- Tarixi memarlıq abidələri vasitəsi ilə öyrənmək

Əlbətdə ki, siz qədim yaşam tərzini və tarixi hadisələri müxtəlif proqramlar çərcivəsində öyrənmisiniz. Lakin bu sizin öz gözlərinizlə abidələri görməyinizlə yanaşı dura bilməz. Məsləhət olunur ki, özünüz səyahət edib yeni nələrisə kəşf edəsiniz. 

- Dünyanın bugün nəyə bənzədiyini anlayırsız 

Səyahət nəyinki keçmişi eləcə də bugünü aydın şəkildə görməyə fürsət yaradır. Çox güman ki bu bizə ölkələrin siyasi, iqtisadi və sosial vəziyyətini daha yaxşı başa düşmək üçün ən yaxşı vasitədir.

- Təbiətlə tanış olursunuz 

Komfort zonanızı tərk edib ekzotik təbiətlə tanış olmağa başlasanız təbiətin həyatımızda nə qədər güclü amil olduğunu anlamaya başlayacaqsınız.

- Özünüz üçün yeni nələrsə öyrənirsiniz

Səyahətin hər saniyəsi sizin üçün sınaq olacaq. Normal həyatınızda ağlınıza gəlməyəcək şeyləri səyahət zamanı edəcəksiniz. Bu Kambodia-da fillərin əhliləşdirilməsi və ya Braziliya küçələrində Samba rəqsi ola bilər. 

- Yeni kommunikasiya bacarıqları əldə edirsiniz

Siz normal həyatda sakit və heç danışmayan biri ola bilərsiniz. Lakin səyahət zamanı siz danışmağa və yerli əhali ilə söhbət etməyə bir növ məcbur olacaqsınız. Buda sizin şəxsi inkişafınız üçün əla fürsətdir. 
 
- Səyahətlər qətiyyətli olmağı öyrədir 

Səyahət zamanı müstəqil olmağı öyrənirsiniz, xüsəsən də əgər tək gəzməyə çıxmısınızsa. Siz anidən və yerində qərar verməyə öyrənəcəksiniz.

- Şəfqətli olmağı öyrədir 

Səyahət edərək müxtəlif mədəniyyətlərlə rastlaşırsınız. Beləliklə anlamağa başlayırsınız ki, nə qədər fərqli olsaq da bir o qədər də oxşarıq. Önyarğıdan yavaş-yavaş azad olursunuz. 

- Özünüzü tanımağa başlayırsınız 

Müxtəlif yerlərdə və situasiyalarda özünüzü aparmağınızdan yeni nələrsə çıxarırsınız. Özünüzə məxsus yeni vərdişləri və xarakterinizdə əvvəl görmədiyiniz məqamları kəşf edirsiniz. Beləliklə, nələrin sizi xoşbəxt və nələrin sizi məyus edə biləcəyini daha yaxşı anlamağa başlayırsınız. 

Paylaş

Əvvəlkİ

Аэропорт Гейдар Алиев назван лучшим по версии Sky Travel Awards

Sonrakı

Heydər Əliyev Beynəlxalq Aeroportunun növbəti uğuru

Подписывайся

Подписывайся на нашу рассылку