“Sevgi və etiraz” sərgisi - AFİŞA


Martın 16-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində azərbaycanlı nonkonformist rəssam Əşrəf Muradın “Sevgi və etiraz” adlı retrospektiv sərgisi açılacaq.

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə reallaşan sərgidə rəssamın Azərbaycan və xarici ölkələrin fərdi və ictimai kolleksiyalarında saxlanılan əsərlər nümayiş ediləcək. Bir çox əsərlər ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Sərgi 50-dən çox əsər ilə rəssamın yaradıcılığının tam spektrini əhatə edir və bir çox rəsmləri, eskizi, albom qaralamaları, rəngkarlıq nümunələri, eləcə də fotoşəkilləri və digər materialları bir araya gətirir.

İyunun 16-dək davam edəcək sərginin kuratoru Fərəh Ələkbərlidir.

Paylaş

Əvvəlkİ

Президентский дворец в Абу-Даби откроется для туристов

Sonrakı

Ümumdünya Turizm Təşkilatının Assosiativ üzvləri Bakı toplantısını müzakirə edib

Подписывайся

Подписывайся на нашу рассылку