Səudiyyə Ərəbistanın turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri baş tutacaq

 

Azərbaycan Turizm Bürosu tərəfindən Səudiyyə Ərəbistan tur operatorlarının Azərbaycana növbəti tanışlıq səfəri təşkil olunacaq.

Turizmplus.az xəbər verir ki, tanışlıq səfəri Azərbaycanın asudə vaxt və işgüzar turizm potensiallarının və Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərinin Səudiyyə Ərəbistanın turizm tərəfdaşlarına təqdim edilməsi, Azərbaycan ilə Səudiyyə Ərəbistanın turizm saəhəsində fəalliyət göstərən şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi məqsədi daşıyır. 

Tanışlıq səfəri çərçivəsində noyabrın 8-də Səudiyyə Ərəbistan tur operatorları ilə yerli sənaye nümayəndələri arasında “workshop” keçiriləcək.

Əlavə məlumat əldə etmək üçün Büronun nümayəndəsi Leyla Mahmudovaya  (leyla.mahmudova@tourismboard.az) müraciət etmək olar. 

Tədbirin məkanı qeydiyyatdan keçmiş şirkətlərə e-mail vasitəsi ilə göndəriləcək. 5 noyabr son qeydiyyat tarixidir. Qeydiyyat linki:

https://docs.google.com/forms/d/14IyCMyFy2S16uvpwTUMLYXNr5UcOFAyQk_drimZ3hyg/viewform?edit_requested=true

Paylaş

Əvvəlkİ

Rəcəb Tayyib Ərdoğan Dünya Türk Biznes Şurasının Bakı görüşünə qatılıb

Sonrakı

AZTA Özbəkistan Respublikasının turizmin inkişafı üzrə dövlət komitəsi ilə Memorandum imzalayıb

Подписывайся

Подписывайся на нашу рассылку