"Səmaların şahzadəsi" və ya "Jumbo Jet", ümumiyyətlə isə Boeing 747-8F - FOTOREPORTAJ

 

Heydər Əliyev adına Beynəlxalq Hava Limanına spottinqə gedəndə bəxtimə hansı təyyarənin düşəcəyi məni həyəcanlandırırdı. Karqo təyyarəsi olduğunu biləndə, düzü, təəssüfləndim. Əslində, geniş və modern salonu, sərnişin tutumu çox, hər kəsin görmək arzusunda olduğu Dreamliner çəkmək heç də pis olmazdı. Ancaq təəssüf hissim onunla tanış olan kimi keçib getdi. İstəyirəm sizi də tanış edim...

"Səmaların şəhzadəsi" ("The Queen of The Skies"), "Jambo Jet", ümumiyyətlə isə 747 ailəsinə aid olan 747-8F; 134,2 ton yük tutumuna malik bu nəhəng, korroziya və zədələnməyə qarşı daha davamlılıq və müqavimət göstərən karbon kompozitləri, qabaqcıl alüminium ərintiləri və titanyum daxil olmaqla qabaqcıl materiallarla qurulub. İlk sifarişi isə 2005-ci ilin noyabr ayında Lüksenburqun "Cargolux" (10 ədəd) və Yaponiyanın "Nippon Cargo Airlines" (8 ədəd) şirkətlə