Şəkidə ilk yeni il bazarı davam edir... - MƏLUMAT

 

Şəki Destinasiya Menecmenti Təşkilatının (DMT) təşkilatçılığı və Şəki Şəhər İcra hakimiyyətinin dəstəyi ilə 23 dekabr 2019 və 5 yanvar 2020-ci il tarixləri arasında Şəkidə ilk dəfə "Yeni İl Bazarı" təşkil olunur. 

Turizmplus.az xəbər verir ki, "Yeni İl" yarmarkası şəhərin mərkəzi meydanındakı yolka ətrafında - B.Vahabzadə parkının qarşısında qurulub. 

Yeni il çadırlarında hər gün səhər saat 11:00-dan 22:00-a qədər yerli sakinlərin əl işləri, ABAD suvenirləri, bəzi qida və kənd təsərrüfatı məhsulları sərgilənir və satışı həyata keçirilir. Həmçinin, 23 dekabr- 5 yanvar tarixləri arasında Şaxta baba onun üçün təşkil olunmuş çadırda foto üçün ziyarətçilərini gözləyəcək.  

Bundan əlavə, bayram ərəfəsində sözü gedən meydanda yerli və xarici ziyarətçilər üçün Şəki DMT-nin informasiya nöqtəsi də fəaliyyət göstərir.