“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinə start verilib - FOTOLAR

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ölkəmizdə aqroekoturizmin inkişafına həsr olunan “Şəhərdən Kəndə” layihəsinə start verib. Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən həyata keçiriləcək layihəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyi dəstək verir.

“Şəhərdən kəndə” layihəsinin təqdimat mərasimində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi islahatlar həyata keçirilir: “Biz tərəfdaş qurumlarımız ilə birgə “Şəhərdən Kəndə” adlı aqroekoturizm layihəsini həyata keçirmək qərarını verdik. Bu layihə aqrar sahənin inkişafı vasitəsilə kənd turizminin formalaşmasına yönəlmiş bir fəaliyyətdir. Aqroekoturizmin inkişafı iqtisadi-sosial sahələrin inkişafına təkan verməklə yanaşı, ölkələr arası mədəniyyətlərin inteqrasiyasına da tö