“Səfirliklər festivalı”nda Azərbaycan da təmsil olunub

 

Haaqa şəhərində “Səfirliklər Festivalı” keçirilib.

Festivalda ölkəmiz ayrıca pavilyonla təmsil olunub. Pavilyonda Azərbaycan mətbəxinin ən dadlı təamları və içkiləri ziyarətçilərə nümayiş olunub, Azərbaycan musiqiləri səsləndirilib, eləcə də pavilyon vasitəsilə Azərbaycan mədəniyyəti, incəsənəti və turizmi ilə bağlı ətraflı məlumat verilib.

30 minə yaxın şəxsin ziyarət etdiyi festivalda Azərbaycan pavilyonu xüsusi diqqət çəkib. Ziyarətçilər ölkəmizin istehsalı olan məhsullar və Azərbaycan kulinariya incilərinə olan heyranlıqlarını bildirib və mədəniyyətimizlə daha yaxından tanışlıqda maraqlı olduqlarını ifadə ediblər.

AZƏRTAC

Paylaş

Əvvəlkİ

"Qatar Airways"dən xüsusi payız endirimləri - QİYMƏTLƏR

Sonrakı

Fəvvarələr meydanında hər həftəsonu konsertlər təşkil olunacaq

Подписывайся

Подписывайся на нашу рассылку