Sayca XV "Baku Travel Bazaar" keçirilir - FOTOREPORTAJ

 

Bakıda növbəti dəfə "Baku Travel Bazaar" keçirilir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunn dəstəyi ilə baş tutan tədbirdə 40-dan çox  turizm sektorunu təmsil edən hotel şəbəkələrinin, turizm şirktlərinin və aviadaşıyıcıların 50-yə yaxın nümayəndəsi iştirak edir.

"Baku Travel Bazaar" komandasının nümayəndəsi Niyaz Bağırzadə Turizmplus.az saytına açıqlamasında tədbirdə ümumilikdə 250-dən çox insanın iştirak etdiyini bildirib.

"B2B görüşlərdə dünyanın bir çox ölkələrindən tanınmış turizm brendləri iştirak edir. Eyni zamanda tədbirimizə bu il bir çox yeni brendlər qatılıb. Sayca 15-ci olan "Baku Travel Bazaar"a diqqət həddindən artıq çox oldu" - deyə Niyaz Bağırzadə bildirib.

Qeyd edək ki, 2014-cü ildən etibarən keçirilən tədbirin məqsədi yerli və xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasına dəstək olmaq, Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək, eyni zamanda ölkəyə daha çox turistin cəlb edilməsinə şərait yaratmaqdır.

 

Paylaş

Əvvəlkİ

Bakıda Dubay kurort otellərinin təqdimatı baş tutacaq - TARİX

Sonrakı

Bakı - İstanbul 54 AZN - 2020-ci ilin yay reyslərinə satış başladı

Abunə olun

Xəbərlərimizə abunə olun