“SATTE 2020” sərgisində Azərbaycanın tarixi torpaqlarının da birləşdirildiyi xəritə nümayiş etdirilir

 

Yanvarın 8-dən etibarən Hindistanın Nyu-Dehli şəhərində “SATTE 2020” turizm sərgisi öz işinə başlayıb.

Turizmplus.az xəbər verir ki, ziyarətçilərin diqqətini "Baku4u.com" stendi çəkib. Qeyd olunan stenddə qədim tarixi Azərbaycan torpaqları da müasir Azərbaycanın bir hissəsi kimi göstərilib. Göyçə, Şərur-Dərəlyaz eyni zamanda Zəngəzur qəzaları da keçmişdə olduğu kimi müasir xəritəmizə əlavə olunub. Stendin kim tərəfindən hazırlandığı hələlik məlum deyil.

Oxucularımıza bu haqda daha ətraflı məlumat veriləcək. 

Nəzərinizə çatdıraq ki, bu sərgidə həm də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin turizm imkanları 144 kv.metr sahəni əhatə edən stendlə təbliğ olunur.