Şarm əl-Şeyxə ilk uçuş həyata keçirilib - FOTOLAR

 

Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Şarm əl-Şeyx-Bakı reysini açılışı baş tutub.

Turizmplus.az xəbər verir ki, iyulun 17-də ilk uçuşu gerçəkləşən reysi Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanmış, Qazaxıstanın iri aviadaşıyıcısı “SCAT” həyata keçirib.

Reysin açılmasında əsas məqsəd Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında xarici turizmin inkişafını təmin edəcək və turist axınını artıracaq birbaşa hava əlaqəsinin yaradılmasıdır. 

Qeyd edək ki, uçuşlar hər həftənin cümə axşamları həyata keçiriləcək. Cəmi üç saat davam edən uçuş zamanı şirkət səyahətçilərə soyuq qəlyanaltılar və alkoqolsuz içkilər təklif edəcək.

Şarm əl Şeyxə turların müddəti – 7 gecədən 14 gecəyə qədər davam edir. Misirdə turistləri “Selfie Travel Egypt” şirkəti qarşılayacaq. Misir səyahət və istirahət üçün il boyu əlverişlidir.

Paylaş

Əvvəlkİ

Qubada keçiriləcək mətbəx festivalına azsaylı günlər qalıb

Sonrakı

Azərbaycan Hava Yollarında yeni MÜSABİQƏ

Abunə olun

Xəbərlərimizə abunə olun