Sankt-Peterburqda keçiriləcək B2B workşopa QEYDİYYAT

 

Azərbaycan Turizm Bürosu turizmçiləri 20 iyun 2019-cu il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq B2B workshopda iştiraka dəvət edir.

Tədbirin keçirilməsində məqsəd:

1. Azərbaycanın turizm potensialının təqdimatı
2. Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin təqdimatı
3. Rusiyanın turizm sahəsində fəaliyyət göstərən şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi

Tarix: 20 iyun 2019-cu il
Vaxt: 10:00 – 18:00
Ünvan: "Volqa-Volqa" restoran-gəmisi, Petrovskaya sahili 8.

Tədbir müddətində Nеva çayında səyahət turları da nəzərdə tutulmuşdur. Proqram haqda ətraflı məlumat qeydiyyatdan keçmiş şirkətlərə e-mail vasitəsilə göndəriləcək.

İştirak haqqı 500 avrodur (ƏDV daxil deyil). Səyahət və qalma xərcləri iştirakçı şirkət tərəfindən ödənilir.

Son qeydiyyat tarixi: 2 iyun 2019-cu il

Əlaqə: +99451 229 6054
sabina.israfilova@tourismboard.az

Paylaş

Əvvəlkİ

В Международном аэропорту Гейдар Алиев приземлился самый большой пассажирский самолет в мире

Sonrakı

Argentinanın ən böyük aviaşirkəti bugünə olan bütün reysləri ləğv edib

Abunə olun

Xəbərlərimizə abunə olun