Samir Dübəndi Beynəlxalq Qonaqpərvərlik Mükafatları müsabiqəsinin Ekspertlər Şurasına seçilib

 

DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin Sədri Samir Dübəndi İHA (İnternational Hospitality Awards) - Beynəlxalq Qonaqpərvərlik  2019-cu il müsabiqəsinin Ekspertlər Şurasına seçilib.

Turizmplus.az xəbər verir ki, "İnternational Hospitality Awards" 2010-cu ildə Ukraynanın "Hoteliero©" Hotelçilər və Restoratorlar Klubu tərəfindən təsis edilib. Hazırda 24 Avropa ölkəsindən hotellərin iştirakını təmin edən 27 nominasiyalı mükafatdır.

Qeyd edək ki, bu ildən Azərbaycan da iştirakçı-ölkələr sırasına qəbul edilib.

Beynəlxalq Qonaqpərvərlik Mükafatlarının Qala təqdimatı 1 Mart, 2020-ci il tarixində InterContinental Kyiv Hotelində (Kiyev, Ukrayna) baş tutacaq.

Mükafatda iştirak etmək arzusunda olan hotellər Oktyabrın 30-dək qeydiyyatdan keçə bilərlər. Qeydiyyat keçidi: https://cabinet.hospitalityawards.international/in…/register

Nəzərinizə çatdıraq ki, DAİR Hotellər və Restoranlar Assosiasiyası 2009-cu ildən uğurla fəaliyyət göstərir. Assosiasiyanın əsas məqsədləri sırasında qonaqpərvərlik sənayesində, xüsusilə də kiçik və orta biznes seqmentində, sivil bazar münasibətlərinin inkişafı, sənayedə çalışan mütəxəssislərin ixtisasının artırılması və bu peşələrin imicinin möhkəmlənməsi, biznesə dəstək, turizm və qonaqpərvərlik bazarının hər bir iştirakçısının maraqlarının qorunması kimi istiqamətləri qeyd etmək olar.

Paylaş

Əvvəlkİ

"Aqua Fantasy Hotel - Kuşadası - Türkiyə" haqqında webinar keçiriləcək - LİNK

Sonrakı

Gənclər Şahdağ Turizm Mərkəzində fləşmob keçirib - VİDEO

Abunə olun

Xəbərlərimizə abunə olun