Sahil bağında Novruz Festivalı - Giriş sərbəstdir


10-30 mart tarixlərində Bakı Turizm İnformasiya Mərkəzinin, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə Sahil bağında “Baharı qarşılamanın 20 günü” adlı Novruz Festivalı keçiriləcək. Festivalda hər şey Novruz əhvali-ruhiyyəsinə bürünəcək: yeməklər, tədbirlər, dekorasiya və musiqi.

Qeyd edək ki, festivalın ərazisi 11:00-dan etibarən 19:00-dək, bayram günləri isə 23:00-dək açıq olacaq. Bayram şənlikləri 14:00-dan etibarən başlayacaq.

Festivalın barəsində qısa məlumatları nəzərinizə çatdırırıq:
- Şəhərin mərkəzindəki park Novruzun yeni brend bəzəkləri ilə dizayn olunub və istirahət, satış, səhnə və əyləncə ərazilərinə bölünüb
- Xüsusi piyada yolu ilə təchiz olunub və giriş sərbəst olacaq
- İnteraktiv və maraqlı animatorlar və mehriban könüllü komandası fəaliyyət göstərəcək
- Martın 19,20,21 tarixlərində keçiriləcək xüsusi konsert proqramı baş tutacaq

Paylaş

Əvvəlkİ

В Китае построили первый в мире «горизонтальный небоскреб»

Sonrakı

Умные кресла в самолетах "Airbus"

Подписывайся

Подписывайся на нашу рассылку