Şahdağ Turizm Mərkəzi TƏCRÜBƏ PROQRAMI elan edir

 

Təcrübə proqramı Şahdağ Turizm Mərkəzinin Marketinq Departamenti üçün nəzərdə tulub. Proqram çərçivəsində brendin təşviq olunması, marketinq araşdırmaları, tədbir təşkilatçılığı, korporativ ünsiyyətin təşkili kimi bir sıra vacib bilik və bacarıqların yaradılması və inkişfını hədəfləyir.

Təcrübə proqramının aid digər məlumatlar:

• Fəaliyyət yeri: Qusar, Azərbaycan

• Fəaliyyət sahəsi: Marketinq

• Müddət: 1 ay (uzadılma imkanı ilə)

• Say: Müraciətlər arasından bir nəfər seçiləcək

Tələblər:

• Ali təhsil (Marketinq, Turizm, Mencement, Biznes sahələri arzu olunandır)

• Azərbaycan və İngilis dili bilikləri

• Məsuliyyətli və intizamlı, öyrənməyə açıq olmaq

Şərtlər və qaydalar:

Təcrübə proqramı ödənişsizdir.

Yaşayış yeri, qidalanma və Şahdağ-Bakı istiqamətində nəqliyyat təmin olunur.

İş müddəti gündə 8 saat olmaqla həftədə 5 gündür.

Müraciət üçün son tarix: 05 İyul.

Müraciətlərin sayının çoxluğu səbəbindən yalnız qısa siyahıya düşən namizədlərlə əlaqə saxlanılacaq. Əgər son müraciət tarixindən 1 həftə ərzindəŞahdağ Turizm Mərkəzindən heç bir məlumat almasanız, Şahdağ Turizm Mərkəzinin gələcəkdə təqdim edəcəyi növbəti imkanları dəyərləndirmənizi xahiş edirik.

Maraqlanan namizədlər aşağıdakı link vasitəsi ilə müraciət edə bilərlər: https://bit.ly/2KFEUGQ

Paylaş

Əvvəlkİ

Azərbaycan və Özbəkistanının Turizm universitetləri arasında memorandum imzalandı

Sonrakı

"Xəzər adaları" 10-20 il ərzində tikiləcək ən qeyri-adi şəhərlərin siyahısınıda - VİDEO

Подписывайся

Подписывайся на нашу рассылку