Şah dağına ucalmayan mədəniyyət - RƏHİM QƏDİROV YAZIR

 

Son illərdə ilk dəfə idi ki, Şahdağ Turizm Mərkəzinə müştəri kimi gedirdim. İllərdir iş üçün gedib-gəldiyim bu mərkəzdə baş verənlər mənə çoxdan tanış idi əslində. Yəni gördüklərimdən sonra bir xeyli səbəbim var idi ki, Şahdağ təklifinə rədd cavabı verim, vermədim. Beləcə...

Nizamsız insanlar, nizamsız maşınlar və ümumiyyətlə nizamsızlıq...

Mərkəzə qalxanda ilk gördüyümüz bu oldu. Avtobuslar insanları mərkəzə daxil olmamış harada gəldi düşürür. Onlar isə digər maşınların hərəkətinə mane olaraq Şahdağa doğru üz tuturlar. Maşınların bir çoxu yolun kənarında saxlayıb və yenə də gediş-gəlişə mane olurlar. Bəziləri əks yola çıxır, yol kəsir və bundan heç də narahat deyil... Halbuki, Şahdağ Turizm Mərkəzində indi iki dayanacaq fəaliyyət göstərir. Mərkəzin nümayəndələri sıra ilə gözləməyi, daha sonra daxil olmağı təklif edir amma bunu dinləyən kim?

Kanatda siqarət çəkən oğlan, ağacı yerindən qoparmağa çalışan qız, maşından zibili çölə atan ağsaqqal...

Elə maşında sıramızı gözləyərkən müş