Sağlamlıq turizminin inkişafı naminə növbəti görüş keçirilib - FOTOLAR

 

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin Bakı ofisində Türkiyənin Dənizli Xəstəxanalar şəbəkəsi ilə görüş baş tutub.

Turizmplus.az xəbər verir ki, avqustun 22-də baş tutan görüşdə qurumun prezidenti Ruslan Quliyev giriş sözünü başlayaraq təşkilatın fəaliyyəti, görülmüş işlər və layihələr haqqında qonaqlara məlumat verib. Daha sonra AHTTSA-nın icraçı direktoru Tərlan Quliyev dinlənilib.

Dənizli Xəstəxanalar şəbəkəsinin xarici əlaqələr sektorunun müdiri Emre Türkmen xəstəxana haqqında ətraflı məlumat verərək xidmət verdikləri ixtisas xəstəliklərin müalicəsi yönündə fəaliyyətlərindən bəhs edib. Qarşılıqlı diskussiya şəraitində baş verən görüşdə gələcək əməkdaşlıq perspektivləri, fəaliyyət planı müzakirə olunub, Dənizli Xəstəxanalar şəbəkəsinin ixtisaslı həkimlərinin Azərbaycanda seminarlarının təşkili və Dənizli bölgəsinə tanıtım turlarının təşkil olunması haqqında razılıq əldə olunub. 

Paylaş

Əvvəlkİ

Bakıda qeyri-adi party baş tutacaq - The Bronx: Vice City

Sonrakı

Dünyanın böyük şəhərlərində Azərbaycan turizminin təbliğatı davam edəcək

Подписывайся

Подписывайся на нашу рассылку