Sabiha Gökçen hava limanında insident baş verdi, təyyarəmiz Ankaraya uçdu

 

Sabiha Gökçen aeroportunun baş vermis insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib.

Aviaşirkətdən verilən məlumata görə, təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib.

Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir. İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək.

Paylaş