Sabah Bakıda Türkistanın təqdimatı keçiriləcək - MƏLUMAT

 

Bakıda Qazaxstanın Türkistan şəhərinin təqdimatı keçiriləcək.

Turizmplus.az xəbər verir ki, dekabrın 24-də "Boulevard Hotel"də Türkistan Turizm Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə Türk dünyasının önəmli tarixi və mədəniyyət mərkəzlərindən biri olan Türkistanın turizm potensialı, iki şəhər arasında işgüzar əlaqələrin genişləndirilməsi, turizm sahəsinin inkişafında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Tədbirdə iştirakınızı aşağıdakı e-poçt və ya telefon nömrəsi vasitasilə təsdiq etməyiniz xahiş olunur:

E-poçt: manager@discoverazerbaijan.az

Mobil: 0553880287

Paylaş