Sabah Bakıda "Milli Turizm Sammiti 2019" baş tutacaq

 

Sabah yəni noyabrın 29-da Bakı Konqres Mərkəzində Milli Turizm Sammiti 2019 təşkil olunacaq.

Turizmplus.az xəbər verir ki, “Azərbaycan Turizm Sammiti 2019” (ATS 2019) Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turizm sənayesində son tendensiyaları, o cümlədən Azərbaycan daxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə tərəfdaşlar üçün yaradılmış korporativ platformadır.

Tədbirdə 25-dən çox yerli və xarici spikerin çıxışı və 6 müxtəlif mövzuda sessiya baş tutacaq. Tədbirin proqramını izləyicilərimizin nəzərinə çatdırırq:

9:00-10:00 - Qeydiyyat

10:00-10:15 -Açılış mərasimi

  • Fuad Nağıyev
  • Florian Zenqstşmit

10:15-11:00 - 2018 – 2019-cu illərin icmalı

  • Bəhruz Əsgərov
  • Kənan Qasımov
  • Martin Kleinman
  • Rüfət Hacıyev
  • Səkinə Əsgərova

11:00-11:15 - 2020-ci ilə baxış və gələcək layihələr

  • Bəhruz Əsgərov
  • Kənan Qasımov

11:15-12:00 - Sual/Cavab sesssiyası

  • Fuad Nağıyev
  • Florian Zenqstşmit
  • Bəhruz Əsgərov
  • Kənan Qasımov

12:00-13:00 - Panel diskussiya: Texnologiya və innovasiyaların yerli turizmin inkişafı üçün yaratdığı fürsətlər

Rəqəmsal turizm sektorunda beynəlxalq səviyyəli uğurlu azərbaycanlı sahibkarlar ilk dəfə olaraq ATS 2019-da yüksək səviyyəli panel iclaslarında bir araya gələcəklər. Müzakirə yeni texnologiyaların və innovasiyaların Azərbaycanda turizmin